İstanbulda ilk Türkiyə-Kosovo İqtisadi forumu

İstanbulda ilk Türkiyə-Kosovo İqtisadi forumu

İstanbulda ilk Türkiyə-Kosovo İqtisadi forumu keçirilib.

Türkiyənin Ticarət naziri Ömər Bolat forumda Kosovanın baş naziri Albin Kurti ilə təklikdə də görüşüb və iki ölkə arasında iqtisadi proseslər müzakirə edilib.

Nazir Ö.Bolat Kosovonun Balkanlarda yüksələn iqtisadiyyat olduğunu söyləyərək bildirib: “Türkiyə ilə Kosovo arasında ticarət həcmi 2023-cü ildə 785 milyon dollara çatdı, bu il isə bu rəqəm 1 milyard dollara yüksələcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Kosovoya ən çox sərmayə yatıran 6-cı ölkədir.

Kosovo ilə ticarət əlaqələrinin inkişafı istiqamətində konkret addımlar atılır”.

Qeyd edək ki, iyunun 4-də paytaxt Ankarada Türkiyə ilə Kosovo arasında İqtisadi və Ticari Tərəfdaşlıq Komitəsinin yaradılmasına dair protokol imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə