İranda prezident olmaq üçün 37 nəfər qeydiyyatdan keçib

İranda prezident olmaq üçün 37 nəfər qeydiyyatdan keçib

İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gün ərzində 37-yə çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

"Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər qeydiyyatdan keçib, sabah qeydiyyat üçün son gündür", - deyə o mətbuat konfransı zamanı bildirib.

Qurum rəsmisi qeyd edib ki, 37 namizəddən 20-si iyunun 2-də seçki qərargahına sənəd təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə