Parisin “göbəyində” beş tabut aşkarlanıb, amma...

Parisin “göbəyində” beş tabut aşkarlanıb, amma...

...Parisdəki Eyfel qülləsi yaxınlığında Fransa bayraqlarına bükülmüş beş tabut və “Ukraynada öldürülən fransız əsgərləri” plakatı tapılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Parisien” yayıb.

Qəzetin yazdığına görə, tabutlar iyunun 1-də səhər saat doqquzda “üç nəfər” tərəfindən qoyulub. Polis artıq tabutları daşıyan mikroavtobusun sürücüsünü və Berlinə getmək niyyətində olan iki şübhəli şəxsi saxlayıb.

Saxlanılanların Bolqarıstan, Ukrayna və Almaniya vətəndaşları olduğu qeyd edilir. Hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, qəsdən törədilmiş cinayət faktı üzrə iş açılıb, xarici təsir faktı ilə bağlı araşdırma aparılır. Həmçinin, nəşrin məlumatına görə, ekspertlər tabutların içindəkiləri araşdırıb və müəyyən ediblər ki, beşinin hamısı gipslə doldurulub.

Bu arada Ali Radanın deputatı Aleksey Qonçarenko, fransız təlimatçıların birinci qrupunun artıq Ukraynaya gəldiyini deyib.

Mayın 27-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Kiyevin nəzarətində olan ərazilərdə fransız hərbçilərinə ukraynalı mütəxəssislərin hazırlanmasına imkan verən sənədləri imzalayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın cəbhə xəttini yarıb keçəcəyi və Kiyevin Parisdən bu barədə soruşacağı təqdirdə Ukraynaya qoşun göndərəcəyini istisna etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə