OPEC+ ölkələri neft hasilatını azaltmaqla bağlı razılığa gəliblər

OPEC+ ölkələri neft hasilatını azaltmaqla bağlı razılığa gəliblər

OPEC+ ölkələri könüllü olaraq neft hasilatını azaldacaqlar. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, media iddia edir ki, danışıqlar iştirakçıları 2024-cü ilin üçüncü rübü üçün hasilatı gündəlik 2,2 milyon barel azaltmaq barədə şərti razılığa gəliblər.

Dördüncü rübdə və 2025-ci ildə hasilatın azalıb-azalmayacağı hələ də sual altındadır. Bununla bağlı danışıqlar davam edir.

İyunun 2-də Ər-Riyadda monitorinq komitəsinin iclası və OPEC+ ölkələrinin nazirlərinin görüşü planlaşdırılırdı.

Xatırladaq ki, ötən il OPEC+ üzvü olan ölkələr neft tədarükünün sutkada 1,4 milyon barel müvəqqəti azaldılması barədə razılığa gəliblər.

Daha sonra tədbir 2024-cü ilin birinci, sonra isə ikinci rübü üçün uzadılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə