Şimali Koreya Cənubi Koreyaya zibil doldurulmuş şarlar göndərir...

Şimali Koreya Cənubi Koreyaya zibil doldurulmuş şarlar göndərir...

Şimali Koreyadan Cənubi Koreyaya müxtəlif növ zibil daşıyan yüzlərlə şar havaya buraxılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Guardian” bildirir ki, şarlar müxtəlif ərazilərə, eləcə də Seulda yerə düşüb.

Cənubi Koreya ordusu hər saatdan bir havada 20-50 yeni şarın peyda olduğunu bildirib. Ən azı 600 şarın KXDR-dən buraxıldığı və onların içərisində peyin, siqaret kötükləri və plastik də daxil olmaqla müxtəlif zibillərin olduğu dəqiqləşdirilir.

Ümumilikdə bir neçə gün ərzində Cənubi Koreyaya 900-ə yaxın zibil balonu göndərilib.

Nəzərinizə çatdıraq ki, KXDR Cənubi Koreyaya “Cənubi Koreya tərəfindən buraxılan vərəqələr və fleş disklər” olan şarlara cavab olaraq zibil balonları göndərir.

Qeyd edək ki, onların içərisində qonşu ölkənin lideri Kim Çen Ina qarşı materiallar, pul və hətta düyü var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə