İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb. SİA xəbər verir ki, dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB