Türkiyə iqtisadiyyatı 2024-cü ilin birinci rübündə

Türkiyə iqtisadiyyatı 2024-cü ilin birinci rübündə

Türkiyə Statistika Təşkilatı (TÜİK) bu ilin birinci rübünün (yanvar, fevral, mart) ümumi daxili məhsul (ÜDM) nəticələrini açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Müvafiq olaraq, ÜDM 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 5,7 faiz artıb.

2024-cü ilin birinci rübündə əvvəlki illə müqayisədə tikinti 11,1, informasiya və rabitə 5,5, sənaye 4,9, kənd təsərrüfatı 4,6, daşınmaz əmlak fəaliyyəti 2,5, maliyyə sığorta fəaliyyəti isə 2 faiz artıb.

Bu hesabla Türkiyə iqtisadiyyatı 15 rüb ardıcıl olaraq inkişaf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə