...Deməli, o gün Putinin Rusiyadkı doğuşla bağlı dedikləri artıq “işə yaramağa başlayıb”.
Belə ki, 56 yaşlı Rostov-na-Donu sakini ilk övladını dünyaya gətirib. Körpənin tamamilə sağlam olduğu deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Mash Telegram kanalı yayıb. Həkimlər qadına kömək ediblər deyə, doğuş da uğurlu keçib.
Rus qadının dediyinə görə, o, çoxdan hamilə qalmaq istəyirmiş, amma “heç nə alınmırmış”?..
Və yalnız 56 yaşında o, əri ilə birgə ana olacağını öyrənib.
Mütəxəssislər qadına körpəsini dünyaya gətirmək üçün əsas hadisədən əvvəl 9 ay vaxt sərf ediblər. Doğuş zamanı həkimlər qeysəriyyə əməliyyatından istifadə ediblər. İndi “gənc ana” artıq körpəsi ilə evdədir.
Yadınızda olar, bundan əvvəl əri hər iki əlini kəsən Marqarita Qraçevanın qız övladının dünyaya gəlməsi ilə bağlı xəbər yayılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB