Polşa səfərbərliyin başlanması ilə bağlı mesaj dərc edib və silib..?

Polşa səfərbərliyin başlanması ilə bağlı mesaj dərc edib və silib..?

...Polşa Mətbuat Agentliyi ölkənin guya Ukraynaya göndəriləcək vətəndaşların qismən səfərbərliyi həyata keçirəcəyinə dair mesaj dərc edib, sonra isə...silib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Xəbərdə Polşanın baş naziri Donald Tuskun iyulun 1-dən etibarən 200 min polyakı səfərbər etmək qərarına gəldiyi bildirilib.

Qeyd olunub ki, hərbi xidmətə çağırılan bütün vətəndaşlar Ukraynaya göndəriləcək. Mesajın mətninin agentliyin xəbər lentində iki dəfə yer aldığı iddia edilir. Lakin sonradan PAP onu silib və nəşrdə verilən məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Polşa Baş Naziri Aparatının rəhbəri Yan Qrabek bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Polşa mediası baş verənlərin kiberhücumun nəticəsi ola biləcəyini irəli sürüb. Bundan əvvəl məlum olub ki, Latviyanın “Balticom” şirkətinin telekanalları Moskvada Qələbə Paradını yayımlamağa başlayıb.

Latviyanın Milli Elektron Media Şurasının rəhbəri İvars Abolinsin sözlərinə görə, bu şirkət də kiberhücuma məruz qalıb..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə