...Deyilənə görə, bunu Almaniya hökumətinin spikeri də təsdiqləyib.
Almaniya Ukrayna Silahlı Qüvvələrinə Berlindən verilən silahlardan Rusiyadakı hədəflərə zərbələr endirmək üçün istifadə etməyə icazə verib.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebestreit bu barədə cümə günü, mayın 31-də danışıb.
Rəsminin sözlərinə görə, Ukrayna bu məqsədlər üçün beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq ona verilən silahlardan, o cümlədən bizim tədarük etdiyimiz silahlardan istifadə edə bilər.
Almaniyanın Böyük Britaniyadakı səfiri Migel Berger öz növbəsində qeyd edib ki, Kiyev özünü qonşu Rusiya ərazisindən hücumlardan müdafiə etmək hüququna malikdir, bu isə “bu məqsədlər üçün Ukraynanın alman silahlarından istifadə edə bilər” deməkdir.
Əvvəllər mənbələr əmin edirdilər ki, Berlin Kiyev rejimi tərəfindən Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını mümkün hesab edən NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsünü dəstəkləmir.
Media yazır ki, NATO və Avropa İttifaqı ölkələri arasında bu məsələdə “konsensus” yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB