Hindu panteonunun əsas tanrılarından biri olan Şiva məbədinin yerləşdiyi Hindistanın şimalındakı Şiv Xori bölgəsində zəvvarları aparan avtobus dərəyə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.
Bildirilib ki, avtobus naməlum səbəbdən yoldan çıxaraq təxminən 45 metr hündürlükdən aşıb. Qəza nəticəsində 22 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıblar.
Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, maddi yardım vəd edərək, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB