Belarusun Qomel vilayəti “müharibə dövrünə” keçir..?

...Ukraynanın Kiyev vilayəti ilə həmsərhəd olan Belarusun Qomel vilayəti “müharibə dövrünə” keçməyə hazırdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Belarus fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Xudoleev, Fövqəladə Hallar Nazirliyinin Qomel Regional İdarəsinin müharibə zamanı xilasetmə dəstəsinə resurs dəstəyi mövzusunda keçirilən təlim zamanı bildirib ki, müharibə dövründə idarələrarası əməkdaşlığın təkmilləşdirilməsi üçün perspektiv istiqamətlər müəyyən edilib.

...Xüsusi hissələrin hazırlığı, şəxsi heyətin tərkibi və s. Ümumiyyətlə, regionun sistemi lazım gələrsə, müharibə dövrünə keçməyə hazırdır.

Bunu deyən Xudoleyev qeyd edib ki, müdaxilə tələb edən bir sıra düzəlişlər var.

...Biz idarəetmə qərarları hazırlayacağıq və müvafiq qaydalar qəbul edəcəyik ki, bu da bizə ümumən həyata keçirməyə, işləməyi və qarşılıqlı əlaqəni təmin etməyə imkan verəcək.

Bunu da o qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə