Moskvanın şərqində istehsalat və anbar binası yanır

Moskvanın şərqində baş verən böyük yanğın 2 helikopterlə söndürülür

Yanğın sahəsi 4 min kvadratmetrdir...

Moskvanın şərqində istehsalat və anbar binası yanır. Yanğın səhər saat 4:20 radələrində Novogireevo ərazisindəki Matrenovskaya küçəsində başlayıb.

Dörd min kvadratmetr sahəni alov bürüyüb.

SİA Moskva agentliyinə istinadən xəbər verir ki, yanğına üçüncü mürəkkəblik dərəcəsi verilib. Söndürmə binanın içərisində yerləşən yanar maye ilə konteynerlərlə çətinləşir.

TASS əməliyyat xidmətlərinə istinadən yazır ki, 1,5 min kvadratmetr sahədə çökmə baş verib. Yanğının söndürülməsinə 2 helikopter də daxil olmaqla 120 nəfər və 40 texnika cəlb olunub.

Hazırda yanğının qarşısı alınır. Binanın üzərinə, demək olar ki, 200 ton su tökülüb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Bütün insanlar təxliyə oluna bilib.

Paytaxtın Nəqliyyat Departamentindən xəbərdarlıq edilib ki, Martenovskaya küçəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Hazırda yanğının səbəbi məlum deyil. Hadisənin baş vermə şəraitinin müəyyən edilməsinə Şərq İnzibati Dairəsinin prokurorluğu nəzarət edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə