"NATO nə ilə oynadığını bilməlidir..."

"NATO nə ilə oynadığını bilməlidir..."

...Moskva Qərb siyasətçilərinin bəyanatlarını diqqətlə izləyir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin NATO-nun Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə vermək planlarını şərh edib.

Belə ki, Moskva öz ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı bəyanatları diqqətlə izləyir.

Rusiya lideri deyib ki, NATO onların nə ilə oynadığını bilməlidir.

Putin, davamlı eskalasiyanın ciddi nəticələrə gətirib çıxaracağını bildirib.

O əlavə edib ki, Ukraynadakı hazırkı münaqişəni NATO ölkələri özləri təhrik edib.

Qeyd edək ki, hazırda xüsusi əməliyyat zonasında əsas hadisələr Xarkov ətrafında cərəyan edir.

Yeri gəlmişkən, bunu rusiyalı dövlət başçısı bir daha xatırladıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə