Bu gün Avropada sursat istehsalı üçün partlayıcı maddə çatışmır...

Bunun üçün zavod tikmək isə üç ildən yeddi ilə qədər çəkə bilər
Bu gün Avropada sursat istehsalı üçün partlayıcı maddə çatışmır...

...Ukrayna Silahlı Qüvvələri üçün kəskin sursatın çatışmazlığı fonunda Avropa ümidsiz şəkildə artilleriya mərmiləri və raketlərin istehsalını artırmağa çalışır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqı ölkələrində sursat istehsalının artmasına partlayıcı maddələrin çatışmazlığı mane olur.

Qeyd edilir ki, mart ayında Avropa İttifaqı səlahiyyətliləri sursat istehsalını genişləndirmək üçün 500 milyon avro ayırıb, lakin ekspertlər xəbərdarlıq edir ki, partlayıcı maddələrin çatışmazlığı problem olaraq qalır.

...“The Economist” nəşrinin məlumatına görə, bir artilleriya mərmisinin istehsalı üçün trotil, oktogen və ya heksogen kimi 10,8 kq yüksək partlayıcı maddə tələb olunur,

"Storm Shadow" raketinin döyüş başlığının çəkisi isə təxminən 450 kq-dır.

“The Economist” yazır ki, “soyuq müharibə” başa çatdıqdan sonra Avropanın bir çox partlayıcı istehsalçıları tələbatın kəskin azalması səbəbindən ya hasilatı azaltmaq, ya da müəssisələrini tamamilə bağlamaq məcburiyyətində qalıblar.

Xüsusilə, Böyük Britaniya son zavodunu 2008-ci ildə bağlayıb və digər ölkələrdə bir çox dövlət müəssisəsi ya özəlləşdirilib, ya da ləğv edilib.

Qeyd edək ki, bu gün sıfırdan bir zavod tikmək üç ildən yeddi ilə qədər çəkə bilər. Nümunə olaraq Almaniyanın Rheinmetall konserni tərəfindən Macarıstanda tikilən və yalnız 2027-ci ildə istehsalına başlanacaq partlayıcı maddələrin istehsalı kompleksini göstərmək olar.

Bununla belə, problemlər istehsal mərhələsində bitmir - sənayedə ixtisaslı işçi çatışmazlığı getdikcə pisləşir və kritik xammal təchizatı ilə bağlı problemlər də yaranır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə