İrəvanda polis gənc etirazçını qanı axana qədər döyüb...

İrəvanda polis gənc etirazçını qanı axana qədər döyüb...

...Erməni polisi vurub erməni gəncin başını partladıb və bundan sonra həmən gənc xeyli qan itirib...indi erməni həkimlər onun başının tikişi ilə məşğuldurlar...

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, arxiyepiskop Baqrat Qalstanyan bunu mayın 27-də İrəvanda yürüş zamanı jurnalistlərlə söhbətində bildirib və əlavə edib ki, yaralı gənc Birinci Klinik Xəstəxanadadır. (yəqin o bunu xəstəyə baş çəkmək istəyənlər üçün deyib-A.B.)

...Keşişə görə, guya bütün bunların səbəbi qorxudur. Və bu qorxunu iki yolla dağıtmaq olar: birincisi, polisin himayəsi altında, ikincisi də qorxudan qurtulmaq üçün içki içməklə...

Bunu deyən Qalstanyan “beş hüquq müdafiəçisi” qrupunun üzvlərini, deputatları, ümumiyyətlə, bütün erməniləri xəstəxanaya baş çəkməyə və zərərçəkmişin vəziyyətini öyrənməyə çağırıb. (...demişdim də...)

...Bu arada “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan və onun həmkarları bugünkü vətəndaş itaətsizliyi aksiyasında iştirak edən gənclərdən birinə baş çəkiblər.

Deyim ki, Qalstanyan düz deyirmiş, erməni deputatlar xəstəxanaya çatanda, həkimlər, həqiqətən də, gəncin başını tikirmişlər.

Deyilənlərə görə, başına tikiş qoyulan gənci qırmızı berelilər döyüblər. Özü də, şahidlərin dediyinə görə, yerə yıxıb döyüblər. (...əliniz quruyeydi..?)

Və hələ bu azmış kimi, qan içində olan gənci polis bölməsinə də aparıblar. Amma orada qanaxmanın qarşısını almağın mümkünsüzlüyünü görən erməni asayiş keşikçiləri təcili yardım çağırmalı olublar

Ermənilərin iddiasına görə, bu bugünkü erməni polisinin əsl simasıdır və guya amerikalı milyonlar tərəfindən islah edilir. (...bunu başa düşmədim.?)

Bunu artıq Qeqam Manukyan deputat Facebook-da yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə