Patriarx Kirill Rusiyanın yeni müdafiə nazirinə ikona hədiyyə edib

Patriarx Kirill Rusiyanın yeni müdafiə nazirinə ikona hədiyyə edib

Rusiyanın yeni müdafiə naziri Andrey Belousov Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin əlindən hədiyyə alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kilsə başçısı ona qədim ikona - Tanrı Anasının Tixvin İkonunun qədim şəklini verərək, onun üçün dua edəcəyinə də söz verib.

Ona Vətənə xidmət etmək üçün xeyir-dua verdi.

Patriarx həmçinin Belousovu “həqiqətən kilsəyə gedən insan” adlandırıb.

Qeyd edək ki, liturgiya Rusiya Federasiyası Silahlı Qüvvələrinin əsas məbədi - Moskva yaxınlığındakı Kubinkadakı Məsihin Dirilməsi Katedralində baş tutub.

Xatırladaq ki, mayın 14-də Andrey Belousov Rusiya Federasiyasının müdafiə naziri vəzifəsinə təyin edilib. O, son illərdə İqtisadi İnkişaf Nazirliyinin rəhbəri, prezidentin iqtisadi məsələlər üzrə müşaviri, baş nazirin birinci müavini vəzifələrində çalışıb.

2020-ci ildə bir neçə gün ərzində o, hətta Baş nazir Mixail Mişustin Covid xəstəliyindən əziyyət çəkəndə hökumətə rəsmi rəhbərlik edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə