Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır

...Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirliyinin diplomatik əməkdaşını persona non qrata elan edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rumıniya hesab edir ki, rus diplomatı 1961-ci il Vyana Konvensiyasının müddəalarına zidd fəaliyyətlər həyata keçirib.

Ölkənin Xarici İşlər Nazirliyi bu cür hərəkətləri yolverilməz adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da öz növbəsində artıq RİA Novosti-yə bildirib ki, Moskva Buxarestin “qeyri-dost” hərəkətlərinə diplomatik normalara uyğun cavab verəcək.

…“Digi 24” telekanalının məlumatına görə, rusiyalı diplomat dövlətə xəyanətdə ittiham olunan Rumıniya vətəndaşının saxlanması fonunda ölkədən çıxarılıb.

Şübhəlinin qovulmuş diplomatla əməkdaşlıq etdiyi və səfirliyə kəşfiyyat məlumatı verdiyi iddia edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə