Nigeriyada Bayelsa əyalətində qalmağa yer olmadığı üçün musiqi studiyasında qalan 7 tələbə generatorun tüstüsündən zəhərlənərək ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, studiyadakı tələbələrdən bəziləri xəstəxanaya yerləşdirilib. Region polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, elektrik enerjisi istehsalında çətinlik çəkən neftlə zəngin Nigeriyanın bir çox bölgələrində tez-tez fasilələr olur. Gündə orta hesabla 4 saat elektrik enerjisi xidmətini ala bilən insanların çoxu enerji ehtiyaclarını generatorlarla qarşılayır.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB