Ukraynanın NATO-ya daxil olması üçün mümkün şərtlər...

Amerikalı senator və ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə səfiri Sem Braunbek bildirib ki, Ukrayna NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməli olacaq. O, qeydi Telegram-da mövcud olan prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) ilə söhbətində ölkənin alyansa daxil olması üçün mümkün şərti adlandırıb.

Braunbek əmindir ki, Ukrayna NATO-ya daxil olmalıdır. Senatorun qeyd etdiyi kimi, ölkənin assosiasiyaya üzv olması üçün Kiyev bir şərti yerinə yetirməlidir.

...İndiki məqamda danışıqlar aparılmalıdır. Və bəlkə də bu danışıqların bir hissəsi Ukraynanın NATO-ya daxil olmasıdır. Amma indiki Ukrayna ərazilərinin bir hissəsi var ki, burada əsasən rusdillilər yaşayır. Bu ərazi isə Ukraynanın tərkibində qalmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ-dan olan siyasətçi bildirib.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyat Şurasının keçmiş əməkdaşı Erik Ciaramella demişdi ki, Kiyev yalnız uzunmüddətli atəşkəs şəraitində NATO üzvlüyünü alacaq.

O, həmçinin Ukraynada hərbi münaqişənin yeni eskalasiyasını mümkün hesab edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə