Yunanıstanda miqrant gəmisi batıb - üç nəfər itkin düşüb

Yunanıstanda miqrant gəmisi batıb - üç nəfər itkin düşüb

Yunanıstanın Krit adası sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində üç nəfər itkin düşüb. SİA “Associated Press” saytına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları qəza yerində axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib.

Krit adasının cənub-qərbində ticarət gəmiləri tərəfindən ümumilikdə 42 miqrant xilas edilib. Yunanıstan Sahil Mühafizəsi hadisə barədə hökumətin İtaliya tərəfindən məlumatlandırıldığını açıqlayıb.

Yunanıstan 2015-ci ildən Avropaya miqrant axınının əsas marşrutlarından biridir. Son doqquz il ərzində Egey dənizində yüzlərlə mühacir həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə