Mehmet Şimşək Qətərdə səfərdədir

Mehmet Şimşək Qətərdə səfərdədir

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Qətərin paytaxtı Dohada keçirilən və iki gün davam edəcək Qətər İqtisadi Forumu çərçivəsində görüşlər keçirəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə Mehmet Şimşək dünən Belçikanın əhəmiyyətli beyin mərkəzlərindən biri olan Bruegeldə "Türkiyə: Avropa ekosistemində irəliləyiş" adlı tədbirdə çıxış edib.
Məlumata görə, nazir Mehmet Şimşək daha sonra Qətər İqtisadi Forumuna qatılmaq üçün Dohaya gedib.
Mehmet Şimşək forum çərçivəsində keçiriləcək “Rəqabətli iqtisadiyyatların yaradılması” adlı sessiyada çıxış edəcək və investorlar görüşlərinə də qatılacaq.
Mehmet Şimşək həmçinin foruma qatılan nazirlərlə də ikitərəfli görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə