Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər haqqında” qanun layihəsinə qarşı kütləvi mitinqlər zamanı təcili müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Exo of Caucasus” yayıb.
Zurabişvili hakim “Gürcü arzusu” partiyasına qanunun qüvvəyə minmə tarixini noyabrın 1-nə qədər təxirə salmağı təklif edib.
Yəni oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra qanun qüvvəyə minsin.
...Bu qanun ruscadır, bizim hökumətin üsulları ruscadır və hətta baş nazirin bugünkü çıxışı da ruscadır.
Gürcü Przident deyib bunu.
Xatırladaq ki, bir gün əvvəl ölkənin baş naziri, guya “xarici agentlər” haqqında nəzərdə tutulan qanun layihəsinin vətəndaşların 60 faizi tərəfindən dəstəkləndiyini demişdi.
Bu arada etirazçılar dünən saat 22:00-da başlayacaq genişmiqyaslı nümayiş elan ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB