Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin paytaxtı Qoma yaxınlığında köçkünlərin olduğu Muqunqa düşərgəsində bombanın partlaması nəticəsində azı on nəfər həlak olub. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə şahidlərinin məlumatına görə, daha 17 nəfər yaralanıb. Onların arasında uşaqların da olduğu bildirilir. Yaralılar Beynəlxalq Qızıl Xaç Komitəsinin cərrahiyyə qrupunun yerləşdirildiyi Bethesda CBCA Ndosho xəstəxanasına aparılıb.

Şimali Kivu əyalət hökuməti itkiləri rəsmi olaraq açıqlamasa da, hücumun arxasında 23 Mart Hərəkatı (M23) üsyançılarının olduğunu ehtimal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə