Çində magistral yol çöküb - 18 avtomobil dağıntılar altında qalıb

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb. SİA xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hadisə Meyçjou şəhərində baş verib. Xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə