Tailand Rusiya vətəndaşları üçün 60 günlük vizasız rejim tətbiq edib

Tailand hökuməti Rusiya vətəndaşları üçün 60 günlük vizasız rejimin tətbiqini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “Khaosod” qəzeti yazır.

Qərar mayın 1-dən qüvvəyə minməlidir.

...Və eyni zamanda, ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində Banqladeşdən olan dövlət qulluqçuları üçün vizasız rejim tətbiq edilir.

Xatırladaq ki, ötən ilin payızında Tailand Rusiya vətəndaşlarının ölkədə vizasız qalma müddətini 2024-cü il aprelin 30-dək 30 gündən 90 günə qədər uzadıb.

Aprelin əvvəlində Tailand hökumətinin Cənub-Şərqi Asiyanın (SEA) 6 ölkəsi - Malayziya, Myanma, Vyetnam, Laos və Kamboca üçün Şengen analoqunu tətbiq etmək planları barədə məlumat yayılıb.

Bir viza ilə turist siyahıda göstərilən bütün ölkələrə eyni vaxtda səfər edə biləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə