Rusiyada Çin avtomobillərinin yığılması bağlanıb

Kalininqrad Avtotor zavodu Çin DFSK krossoverlərinin istehsalını dayandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Wroom.ru” yayıb.

Nəşrin məlumatına görə, “Avtotor” və “Motorinvest” şirkəti DFSK-nın montajını əhatə edən əməkdaşlığı dayandırıb.

Fevral ayında Rusiya bazarı üçün yeni DFSK krossoverləri buraxıldı - ix5 və ix7.

“Wroom.ru” qeyd edir ki, aprelin sonuna qədər yerli istehsal layihəsi başa çatıb: min ədəd DFSK krossoverinin bir partiyası Kalininqradda istehsal edilib, gələcəkdə isə DFSK avtomobilləri birbaşa Çindən tədarük ediləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə