"Mir" kartları İranda qəbul ediləcək...

İran test rejimində Rusiyanın “Mir” ödəniş sistemindən kartları qəbul etməyə başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” nəşri bunu İranın Rusiya Federasiyasındakı səfirliyinin ticarət attaşesi Rəhimi Möhsənə istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, hazırda texnologiyanın ölkənin maliyyə strukturuna daxil edilməsi üçün texniki işlər aparılır.

Maliyyə Universitetinin strateji və innovativ inkişaf kafedrasından bildirilib ki, ötən il Rusiyadan İrana turist axını 10,7 min nəfər təşkil edib.

Əgər “Mir” İslam Respublikasında qəbul olunmağa başlasa, bu, rusiyalı turistlərin sayını bir neçə dəfə artıracaq.

Bundan əvvəl Qırğızıstanın baş naziri ölkənin “Mir” kartlarına xidmətin dayandırılmasının səbəbini izah edib. Onun sözlərinə görə, bu, dövlətin deyil, özəl bankların qərarıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə