…Ukrayna ordusu bir aydan sonra çətin vəziyyətlə üzləşəcək. Bunu xarici KİV-ə Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
...Mayın ortalarından problemlər olacaq.
Bunu deyən Budanov izah edib ki, Rusiya ordusu Donbasda böyük hücuma başladıqda cəbhədə çətinliklər başlayacaq.
Baş Kəşfiyyat İdarəsi Rusiyanın inteqrasiya edilmiş yanaşmadan istifadə edəcəyini istisna etmir, baxmayaraq ki, departament dəqiq nəyin nəzərdə tutulduğunu açıqlamaqdan imtina edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də Rusiyanın hücum əməliyyatları nəticəsində döyüş meydanında vəziyyət pisləşdiyini demişdi.
Yeri gəlmişkən, ruslardan daha bir kimə şad, kimə isə bəd xəbər: guya ABŞ Ukraynanın bu ilin sonuna kimi məğlub ola biləcəyini proqnozlaşdırıb.
...Maraqlıdır, belə olan halda... hə bə niyə onda 61 milyard dolları Kiyevə verirdi?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB