Bayden seçkilərdə ABŞ-da yaşayan müsəlmanların dəstəyini itirəcək..?

...ABŞ Konqresinin Nümayəndələr Palatasının İsrailə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsindən sonra bəzi fəallar və ABŞ-ın tanınmış müsəlman təşkilatlarının liderləri qarşıdan gələn prezident seçkilərində prezident Cozef Baydeni dəstəkləməyəcəklər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu proqnozla NBC televiziyası çıxış edib.

Qeyd olunur ki, bir çox müsəlman amerikalılar İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün Bayden administrasiyasına qəzəbləniblər.

İndi onlar Baydenin Konqresdən keçən İsrailə yardım paketini mümkün imzalamasını “geri dönüşü olmayan nöqtə” və “mütləq fəlakət” adlandırırlar.

Əgər Bayden, niyyətində olduğu kimi, İsrailə yardımı ehtiva edən qanun layihələri paketini imzalayarsa, "bu qərəzsiz qərar Ağ Evin Amerika müsəlman icması və Qəzzada soyqırıma qarşı çıxan digər amerikalılarla münasibətləri üçün geri dönüş nöqtəsi ola bilər".

Bu barədə Amerika-İslam Münasibətləri Şurası hökumətinin kommunikasiyalar üzrə direktoru Robert Makkau bildirib. NBC vurğulayır ki, bu vəziyyət Baydenin 2020-ci ildə az fərqlə qalib gəldiyi əyalətlərdə prezident seçkilərində əsas rol oynaya bilər.

Söhbət ilk növbədə Arizona, Corciya, Miçiqan ştatlarından gedir.

Şəbəkə xatırladır ki, Bayden ictimai tədbirlərdə çıxış etməyə davam edir, baxmayaraq ki, o, çıxışlarını dayandıran müharibə əleyhinə etirazçılarla qarşılaşmalı olur. Mart ayında keçirilən tədbirdə o, çıxışını yarımçıq qoyan Qəzza tərəfdarı etirazçıların mövqeyində “sağlam düşüncə” olduğunu etiraf etdi. Bundan sonra ABŞ prezidenti Qəzzaya daha çox humanitar yardım göndərilməsinin vacibliyindən danışmağa başlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə