ABŞ yaxın aylarda Nigerdən hərbçilərini çıxaracaq

ABŞ Dövlət katibinin birinci müavini Kurt Kempbell Nigerin Baş naziri Əli Lamin Zeynin ölkədən hərbi kontingentinin çıxarılması tələbini qəbul edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, qoşunların Nigerdən çıxarılmasının konkret olaraq necə həyata keçiriləcəyi ilə bağlı yaxın günlərdə məsləhətləşmələr keçiriləcək.

Ötən ilin yayında Nigerin hərbi qulluqçuları prezident Məhəmməd Mazumun hakimiyyətdən uzaqlaşdırılmasını bəyan ediblər, bundan sonra hakimiyyətə milli qvardiyanın komandanı general Əbdürəhman Tçiani gəlib. Həmin vaxt qiyamçılar Fransa ilə hərbi razılaşmaları ləğv ediblər, bundan sonra Paris də ölkədən kontingentini çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə