Dağıstanda səkkiz gömrük əməkdaşı təqsirli bilinib

Dağıstanda səkkiz gömrük əməkdaşı cinayətkar birlik təşkil etdiklərinə görə 9 və 10 illik sərt rejim alıblar.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva bildirib.

Dağıstanda cinayət birliyinin yaradılması ilə bağlı cinayət işi üzrə 8 müttəhim mühakimə olunub. Onların arasında Mahaçqala gömrük postunun və Daxili İşlər Nazirliyinin regional yol polisi idarəsinin əməkdaşları da olub. İstintaq müəyyən edib ki, qrup üzvləri gömrük rüsumunu ödəməkdən yayınıb, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. ...Təqsirləndirilən şəxslər cinayətin törədilməsində hər birinin rolundan və iştirakından asılı olaraq 9 və 10 il müddətinə ciddi rejimli cəza alıb və məhkəmə zalında həbs ediliblər.

Məlumatda belə bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə