Medvedev Zelenski üçün təhlükənin Polşadan gələcəyini deyir

Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Qərb ölkələri Vladimir Zelenskini “ləğv etmək” qərarına gələ bilərlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Medvedev Telegram kanalında yazıb.

Deməli, Medvedev Polşada Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin saxlanılması ilə bağlı xəbərə münasibət bildirib.

...O, bildirib ki, Polşa hakimiyyət orqanları şübhəlinin fəaliyyəti ilə bağlı məlumatı onların ukraynalı həmkarlarından alıb.

Bu şəxsin Polşanın Rzeszow-Jasionka hava limanında təhlükəsizlik məlumatlarını topladığı və Polşa ərazisində Zelenskiyə qarşı sui-qəsdin planlaşdırılmasına kömək etdiyi iddia edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə