2023-cü ildə Türkiyə elektrik enerjisi istehsalının 36,3 faizini kömürdən, 21,4 faizini dövrəli elektrik stansiyaları vasitəsilə təbii qazdan, 10,4 faizini küləkdən, 5,7 faizini günəşdən, 3,4 faizini geotermal enerjidən və 19,6 faizini də su elektrik enerjisi mənbələri hesabına əldə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin ümumi elektrik enerjisinin üçdə biri 32 min 400 meqavatlıq su elektrik stansiyaları tərəfindən təmin edilir.
Milli və təmiz elektrik enerjisi istehsalı üsulu olan su elektrik stansiyaları enerji istehsalı prosesində heç bir tullantı və ya karbon emissiyasına səbəb olmur və ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə böyük töhfə verir.
2002-ci ildən bəri ‘‘Yusufeli’’ su bəndi və su elektrik stansiyası, ‘‘Ilısu’’ su bəndi və su elektrik stansiyası, ‘‘Deriner’’ su bəndi və su elektrik stansiyası, ‘‘Ermenek’’ su bəndi və su elektrik stansiyası kimi dünya miqyasında ciddi əhəmiyyətə malik layihələr də daxil olmaqla 650-yə yaxın su elektrik stansiyası istifadəyə verilib.
2000-ci illərin əvvəllərində 45 milyard kilovat-saat olan su elektrik stansiyasının illik istehsal gücü təqribən 120 milyard kilovat-saata yüksəldi.
Beləliklə, Türkiyədə hər üç lampadan biri su elektrik stansiyaları vasitəsilə istehsal olunan elektrik enerjisi ilə işıqlandırılır.
Su elekrtik stansiyalarının genişləndirilməsi resursların ən səmərəli şəkildə istifadə edilməsi məqsədini daşıyır.
''Yusufeli'' su bəndi və su elektrik stansiyası 275 metr hündürlüyü ilə Türkiyənin ən yüksək bəndidir və öz kateqoriyasında dünyanın 5-ci ən yüksək bəndidir. Bu layihənin istehsal etdiyi elektrik enerjisi Antalya böyüklüyündə bir şəhərin əhalisinə uyğun gələn 2,5 milyon insanın elektrik ehtiyacını ödəyə bilər.
‘‘Ilısu’’ su bəndi və su elektrik stansiyası ‘’Atatürk’’, ‘‘Karakaya’’ və ‘‘Keban’’ bəndlərindən sonra quraşdırılmış gücə görə Türkiyenin 4-cü ən böyük elektrik stansiyasıdır. ‘‘Ilısu’’ su bəndi həcminə görə Türkiyenin 2-ci ən böyük bəndidir.
İlk elektrik enerjisini 19 may 2020-ci ildə istehsal edən və 23 dekabr 2020-ci ildə tam gücü ilə fəaliyyətə başlayan obyekt, bu günə qədər 8 milyard kilovat elektrik enerjisi istehsalı ilə ölkə iqtisadiyyatına təxminən 23 milyard lirə töhfə verdi.
''Deriner'' su bəndi və su elektrik stansiyası 249 metr hündürlüyü ilə ‘’Yusufeli’’ su bәndindәn sonra Türkiyənin 2-ci ən yüksək bəndidir və 670 meqavat quraşdırılmış güclə ildə orta hesabla 2 milyard 118 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilәr.
Su elektrik enerjisinin qlobal quraşdırılmış güc sıralamasında Türkiye 32 GVt ilə dünyada 9-cu, Avropada 2-ci, Çin 415 min MVt ilə birinci, Braziliya 110 min MVt ilə ikinci, ABŞ isə 102 min MVt ilə üçüncü yerdədir.
Türkiyənin su bəndlərinə yatırdığı sərmayə elektrik istehsalı baxımından böyük əhəmiyyət kəsb edir, lakin bənd tikintisinə əhəmiyyət verilməsinin tək səbəbi bu deyil.
Adambaşına düşən suyun miqdarını nəzərə alsaq, Türkiyə su stresindən əziyyət çəkən ölkə hesab olunur.
Proqnozlara görə, bu gün Türkiyədə 1519 m3 olan adambaşına düşən suyun miqdarının əhalinin 100 milyona çatacağı gözlənilən 2030-cu ildə 1100 m3-ə qədər azalacağı gözlənilir. Bu, Türkiyəni sudan kasıb ölkələr sırasına daxil edir. Bu səbəbdən sudan səmərəli istifadə üçün çox mühüm bir layihə də həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



