Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə baxacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bəyanatında bildirilib.
“Biz tərəfdaşlarımızla sıx koordinasiyada İrana qarşı əlavə sanksiyaları da nəzərdən keçirəcəyik. Xüsusilə dronların və raketlərin istehsalı proqramları ilə bağlı”, – Avropa Komissiyasının rəhbəri bildirib.
“Biz İsrail xalqına həmrəyliyimizi və dəstəyimizi ifadə edirik və onların təhlükəsizliyinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. İranın hərəkətləri idarəolunmaz regional eskalasiyaya səbəb ola bilər”, – siyasətçi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB