İsrail ehtiyatda olan əsgərlərə çağırış elan edir

İsrail ehtiyatda olan əsgərlərə çağırış elan edir

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən iki ehtiyat briqadanın yaxın günlərdə Qəzza zolağında əməliyyatlara çağırılacağını bildirib.

...Ehtiyat əsgərlərin çağırışı İsrail Dövlətini müdafiə etməyə hazırlığı və sakinlərin təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəyanatda belə deyilir.

Xatırladaq ki, aprelin 8-də baş nazir Benyamin Netanyahu HƏMAS ilə danışıqları şərh edərkən, Rəfahda (Rəfəh) əməliyyatın başlama tarixinin müəyyən edildiyini bildirib.

Bu barədə newsru.co.il yazır.

Aprelin 14-də axşam Kan-11 telekanalı son günlərdə “bu tarixin geri çəkildiyini” bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə