Britaniyalılar da İsrailə doğru uçan İran pilotsuz təyyarələrini vurublar...

...Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Britaniya Hərbi Hava Qüvvələri İsrailə hücumu dəf edərkən bir neçə İran pilotsuz təyyarəsini vurub.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə X sosial şəbəkəsində yayımlanan videoda bildirib.

Sunak, Britaniya təyyarələrinin İsrailə doğru uçan bir sıra İran pilotsuz təyyarələrini vurduğunu etiraf edib. O, Britaniya hərbçiləri tərəfindən dəqiq neçə pilotsuz təyyarənin məhv edildiyini açıqlamayıb.

...Dünən gecə İranın hücumu təhlükəli və lazımsız bir eskalasiya idi.

...Kral Hərbi Hava Qüvvələrinin və müttəfiqlərimizin mülki insanları qorumaqda peşəkarlığına və cəsarətinə hörmət etmək istəyirəm.

Sunak bunu sosial media səhifəsində yazıb.

Xatırladaq ki, aprelin 13-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bunu aprelin 1-də ölkənin Suriyadakı konsulluğuna hücuma görə qisas adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə