İsraildə bütün təhsil müəssisələrində dərslər ləğv edilib...

İsrail Müdafiə Qüvvələri Daxili Qoşunlar Komandanlığının təlimatlarına dəyişiklikləri açıqlayıb

...İsrail Müdafiə Qüvvələri Daxili Cəbhə Komandanlığının yaxın günlərdə bütün təhsil tədbirlərinin və təhsil müəssisələrində dərslərin ləğvini nəzərdə tutan təlimatlarına dəyişiklikləri açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bəyanat İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında dərc olunub.

Qərarın vəziyyəti dəyərləndirdikdən sonra verildiyi dəqiqləşir.

İsrail Müdafiə Qüvvələri dərc edilmiş təlimatlara əməl etməyə və milli fövqəladə hallar portalında onların yeniləmələrini izləməyə çağırılıb.

...Xatırladaq ki, aprelin 1-də Suriya paytaxtına raket hücumu nəticəsində İran konsulluğunun binası tamamilə dağılmışdı. İki general da daxil olmaqla, azı yeddi iranlı həlak olub.

İran hücumda İsraili günahlandırıb və “sərt” cavab vəd edib. İsrail də öz növbəsində İrana xəbərdarlıq edib ki, onun ərazisindən hücum olarsa, bu ölkə cavab zərbələri endirəcək.

Qərb mediası İranın yaxın günlərdə baş verə biləcək hücuma hazırlaşdığını bildirir. CNN-in məlumatına görə, ABŞ İrana silahların daşınmasını qeydə alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə