Bayram günlərində də qırğınlara davam etdi

İsrail ordusu Qurban bayramının ikinci günündə də qırğınlarını davam etdirib. SİA xəbər verir ki, Nuseyrat və Şati qaçqın düşərgələri və Rəfah şəhərlərinə edilən hücumlarda 20-yə yaxın adam həlak olub. İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində bir evi bombalaması nəticəsində 5 mülki vətəndaş həyatını itirib, çox sayda insan isə yaralanıb.

Nuseyrat Qaçqınlar Düşərgəsindəki bəzi nöqtələri bombalayaraq məhv edən İsrail döyüş təyyarələri düşərgədəki Nün Nureyn məscidi və Muaz bin Cebel məscidini hədəf alıb. İsrail ordusu döyüş təyyarələri ilə Nuseyrat Qaçqınlar Düşərgəsinin bəzi ərazilərini bombalayıb, bəzi ərazilərə isə qurudan tanklarla daxil olub. Xəbərdə İsrail ordusunun Qəzza şəhərindəki Şati Qaçqınlar Düşərgəsindəki evləri dənizdən bombalaması nəticəsində çoxlu sayda insanın öldüyü, lakin onların sayının müəyyən edilmədiyi vurğulanıb.

Refahdakı hücumlarda 11 nəfər həyatını itirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə