Leninqrad vilayətinin sakini qonşusu həm döyüb, həm də evini yandırıb

Leninqrad vilayətinin sakini qonşusu həm döyüb, həm də evini yandırıb

Leninqrad vilayətində qeyri-kommersiya təşkilatlarından birində münaqişə bir nəfərin döyülməsi, avtomobilinin zədələnməsi və evinin yandırılması ilə başa çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı iki cinayət işi - qəsdən sağlamlığa orta ağır zərər vurma və özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə ilə bağlı cinayət işi açılıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hər şey fevralın 11-nə keçən gecə “Qarıçi” qeyri-kommersiya təşkilatında baş verib.

Müəyyən edilib ki, ticarət müəssisələrindən birinin 48 yaşlı baş direktoru qonşusuna baş çəkməyə gəlib, onunla mübahisə edib, sonra onu döyüb, “Mercedes Sprinter” markalı avtomobilinə ziyan vurub və Prelestnaya küçəsində yerləşən evini yandırıb.

Yanğın nəticəsində ev tamamilə yanıb, maddi ziyan 10 milyon rubl qiymətləndirilir. Hazırda hücum edən şəxs saxlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə