...Filadelfiyada Ramazan bayramı şənliyi zamanı baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fox News xəbər verir.
Kanalın mənbəsinin sözlərinə görə, artıq bir neçə nəfər saxlanılıb, hadisə yerindən bir neçə silah tapılıb.
İnsidentin yaşandığı yerdə çoxlu sayda polis var.
Bundan əvvəl ABŞ-ın Florida ştatında Doral ticarət mərkəzində baş verən atışma nəticəsində biri polis olmaqla 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB