Bu halda digər ölkələr də buna quldurluq aktı kimi baxacaqlar...

...Və təbii ki, haqlı da olacaqlar

...Hə, yeri gəlmişkəbn, bu yaxınlarda Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı potensial qanun layihəsi haqqında danışan ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson, bunu “saf poeziya” adlandırıb.

...Və yenə də yeri gəlmişkən, “The New York Times”-a görə, bu addım çox güman ki, Vaşinqton üçün fəlakətə çevriləcək. ... “Əgər cənab Conson ABŞ-ın bu gün "zəifliyini proqnozlaşdırdığını" düşünürsə, ehtiyat valyutası olmadan bunu görənə qədər gözləyin”.

Nəşrin fikridir...

...Rusiya aktivlərinin ələ keçirilməsi aktı ABŞ iqtisadiyyatı üçün təhlükə yaradır, çünki təkcə Rusiya deyil, digər ölkələr də buna haqlı olaraq quldurluq aktı kimi baxacaqlar. Beləliklə, hər hansı bir xarici hökumət növbəti dəfə öz aktivlərini ABŞ-da və ya NATO müttəfiqlərindən birinə yerləşdirməzdən əvvəl iki dəfə düşünsə, təəccüblü olmayacaq. Bu isə nəticə etibarı ilə dolların dünyanın əsas ehtiyat valyutası statusunu zəiflədəcək.

...Rusiya, Çin və digər diplomatik rəqiblər dollar aktivlərinin həssas olduğuna və bir mübadilə vasitəsi kimi dollara artıq etibar edə bilməyəcəyinə qərar versələr, biz 34 trilyon dollarlıq dövlət borcunun ağrısını hiss etmədiyimiz şəkildə hiss edəcəyik.

Bunu da Amerika qəzeti izah edərək əlavə edir ki,

...htiyat valyutasının faydalarını saxlamaq birbaşa ABŞ-ın digər insanların aktivlərinin etibarlı və neytral mühafizəçisi kimi çıxış etməsindən asılıdır - və əgər biz başqalarının pulunu oğurlamağa başlasaq, bu, dəyişə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə