Terror aktları hazırlamaq üçün Ukraynaya maliyyə göstərənlər...

İstintaq Komitəsi NATO ölkələrinin rəsmiləri arasında terrorun maliyyələşdirilməsini aşkar edib
Terror aktları hazırlamaq üçün Ukraynaya maliyyə göstərənlər...

...Bu arada Rusiya İstintaq Komitəsi ABŞ və digər NATO ölkələrinin bir sıra məmurlarına qarşı terrorizmi maliyyələşdirməyə görə cinayət işi açıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Müstəntiqlərin fikrincə, Amerika və Avropa rəsmiləri Rusiya ərazisində terror aktları hazırlamaq üçün Ukraynaya maliyyə vəsaitlərini köçürüblər.

İstintaq Komitəsi bildirib ki, iş Dövlət Dumasının deputatlarının və “digər şəxslərin” müraciəti fonunda başlanıb.

...Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ukraynanın “Burisma” şirkətindən Rusiya Federasiyasında terror aktlarının həyata keçirilməsi üçün istifadə edilib. Bundan əlavə, “Burisma” görkəmli siyasi və ictimai xadimləri aradan qaldırmaq və iqtisadi ziyan vurmaqla məşğuldurlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə