ABŞ və İsrail arasında danışıqlar təxirə salındı

ABŞ və İsrail arasında danışıqlar təxirə salındı

ABŞ (ABŞ) və İsrail nümayəndə heyətləri arasında bu həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan Rəfah danışıqları "davam edən atəşkəs danışıqları" səbəbindən yenidən təxirə salınıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi telekonfrans yolu ilə keçirdiyi mətbuat konfransında bildirib.
Keçən həftə verdiyi açıqlamada İsrail heyətinin bu həftə Vaşinqtona səfər etməsini gözlədiklərini açıqlayan Kirbi, davam edən atəşkəs danışıqları prosesi səbəbəbindən heyətin bu həftə gəlməyəcəyini deyib.
İsrail heyətinin gələn həftə gəlməsini gözlədiklərini qeyd edən Con Kirbi dəqiq bir tarix verməkdən imtina edib.
Con Kirbi deyib:"Administrasiyamız girovların azad edilməsinə və dərhal atəşkəs elan edilməsinə imkan verəcək razılaşma əldə etmək üçün hər şeyi edir''.
İsrail Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs tələbi ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə səsvermədə ABŞ-ın “bitərəf” səs verməsinə cavab olaraq ötən həftə Rəfah əməliyyatı ilə bağlı Vaşinqtona gedəcək nümayəndə heyətinin səfərini ləğv etmişdi.
ABŞ tərəfi isə nümayəndə heyətinin səfərinin ləğv edilməsi qərarını “xəyat qırıqlığı'' olaraq qiymətləndirmişdi.
Ötən həftə tərəflər arasında onlayn qaydada görüş keçirilmişdi və Ağ Ev İsrail nümayəndə heyətinin bu həftə Vaşinqtona gedəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə