Ruslar daha bir “şpion” tutublar...

Ruslar daha bir “şpion” tutublar...

Federal Təhlükəsizlik Xidməti Nijni Novqorod vilayətinin Dzerjinsk sakinini dövlətə xəyanətdə şübhəli bilərək saxlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin məlumatına görə, saxlanılan şəxs silahlar və onların daşınma üsulları haqqında məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürüb.

Hüquq-mühafizə orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi açıb (dövlətə xəyanət).

Qeyd olunur ki, şübhəli şəxs özü xarici kəşfiyyat missiyalarına gedib. O, “ideoloji səbəblərə görə qəsdən” hərəkət edib.

İşin təfərrüatları açıqlanmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə