Britaniyanın İsrailə dəstəyi qeyd-şərtsiz deyil və...

Bu humanitar qanunlara əməl olunmasından asılıdır...
Britaniyanın İsrailə dəstəyi qeyd-şərtsiz deyil və...

...Britaniyanın İsrailə dəstəyi beynəlxalq humanitar hüquqa hörmətdən asılıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici işlər naziri David Cameron xəbərdarlıq kimi səsləndirdiyi bu fikirləri “Reuters” yayıb.

...Bizim dəstəyimiz qeyd-şərtsiz deyil. Biz belə qürurlu və uğurlu demokratiyanın beynəlxalq humanitar hüquqa hətta etiraz edilsə belə hörmətlə yanaşmasını gözləyirik.

Qeyd edək ki, Kameron bunu İsrailin hava hücumu nəticəsində üç britaniyalı da daxil olmaqla yeddi yardım işçisini öldürdükdən bir neçə gün sonra deyib.

...Kemeron həmçinin İsrailin daha çox yardım göstərməyəcəyi təqdirdə Qəzza zolağında kütləvi qıtlıq təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, şənbə günü Britaniya humanitar yardım çatdırmaq üçün dəniz gəmisi təqdim edəcəyini bildirib. Böyük Britaniyanın baş naziri Rişi Sunak HƏMAS hücumundan keçən 6 aydan sonra verdiyi açıqlamada Fələstin qruplaşmasına İsrail girovlarını azad etməyə və dərhal döyüşləri dayandırmağa çağırıb.

Sunak bildirib ki, onun hökuməti hələ də İsrailin HƏMAS təhlükəsinə qarşı durmaq hüququnu dəstəkləyir, lakin “bütün Britaniya qan tökülməsindən şoka düşüb və ehtiyacı olanlara yemək çatdıran cəsur Britaniya qəhrəmanlarının öldürülməsindən dəhşətə gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə