Sankt-Peterburqda 153 obyekt minalanıb..?

Sankt-Peterburqda 153 obyekt minalanıb..?

…Son 24 saat ərzində Sankt-Peterburqda 150-dən çox obyekt minalanıb?

SİA-nın “78.ru” portalından əldə etdiyi məlumata görə, ən azı 1 min nəfərin təxliyəsi lazım idi.

KİV-in məlumatına görə, Şimal paytaxtında müxtəlif təşkilatların poçt və telefonlarına bomba qoyulması bağlı beş mesaj göndərildikdən sonra həyəcan təbili çalılıb.

153 yerdə “bombaların” olduğu bildirilib. Nəticədə bir binadan 1000-ə yaxın insan təxliyə edilib.

Yoxlamalar hüquq-mühafizə orqanlarının 98 əməkdaşı tərəfindən aparılıb. Nəticədə heç bir yerdə partlayıcı qurğu aşkar edilməyib.

Polis mesajların müəlliflərini müəyyənləşdirir.

Onlar artıq müəyyən ediblər ki, mesajlardan biri 20 yaşlı Qatçina sakininin telefonundan göndərilib.

O, dindirilib və heç kimlə əlaqə saxlamadığını deyib. Telefonundan isə kimin istifadə edə biləcəyini bilmir.

Gənc sərbəst buraxılıb. İstintaq davam edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə