ABŞ-ın Suriyadakı bazasına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücuma cəhdi edilib.
Hücum cəhdi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Homs əyalətinin Tenef bölgəsində həyata keçirilib.
Mənşəyi məlum olmayan kamikadze PUA ilə bazaya hücum cəhdi esə də amma buna nail olmayıb?
Belə ki, deyilənlərə görə, guya PUA bazanın səhra ərazisində vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, aprelin 1-də də Homsdakı Tenef bazasına oxşar hücum cəhdi olmuş və silahlı PUA açıq sahədə vurulmuşdu.
Suriyada son zamanlar Tenef bölgəsi, İraq sərhədinə yaxın Malikiyyə qəsəbəsi, Həsəkə rayonuna bağlı Şəddadi qəsəbəsi və Deyr əz-Zor rayonundakı ABŞ bazalarına mənşəyi naməlum silahlı PUA və qurudan quruya silahlarla hücumlar həyata keçirilib.
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raketlər və silahlı PUA-larla hücum edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB