ABŞ Ukraynada dövlət çevrilişinə icazə verib..?

ABŞ Ukraynada dövlət çevrilişinə icazə verib..?

...ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi çevrilişlə devrilə biləcəyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə YouTube kanalında danışıb.

Ritter etiraf edib ki, Zelenskinin səlahiyyət müddəti başa çatdıqdan sonra Ukraynada çevriliş baş verə bilər.

O xatırladıb ki, əvvəllər mayın sonuna təyin edilmiş prezident seçkiləri ləğv edilib.

...Bu pis məqamdır və mən hesab edirəm ki, biz Rusiya və ya Ukrayna hərbçilərinin Zelenskinin tam uğursuzluğunu və onun aldatmalarını qəbul etdiyini görürük. İndi Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi çevrilişin mümkünlüyündən getdikcə daha çox danışırlar.

Bunu deyən keçmiş hərbçi əlavə edib ki, Ukrayna iqtisadi, sosial və hərbi sahədə səriştəsiz ölkəyə çevrilib.

Onun fikrincə, NATO bu vəziyyəti dəyişmək iqtidarında deyil.

Ritter həmçinin Ukraynanı “demokratiya deyil, hərbi vəziyyətlə idarə olunan diktatura” adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə