Ruslar Avdeyevka istiqamətində Durnaya çayı üzərindəki bəndi dağıdıblar
...Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrini təchizat xəttindən məhrum edərək, Avdeyevka istiqamətində Durnaya çayı üzərindəki bəndi dağıdıb.
SİA xəbər verir ki, bu barədə “Rusiya baharının hərbi müxbirləri” məlumat yayıb.
...FAB aviabombasının zərbəsi kəndin ərazisindəki Durnaya çayı üzərindəki bəndi dağıdıb.
Bunu hərbi “Z əməliyyatı: Rus baharının hərbi müxbirləri” teleqram kanalında bildiriblər.
Onlar vurğulayıblar ki, ehtiyatların hərəkəti və Ukrayna ordusunun təchizatı bənd vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl yerli səlahiyyətli Sergey Lebedev Rusiya ordusunun Nikolayev vilayətinin Oçakov şəhərindəki Ukrayna hərbi limanını vurması barədə məlumat vermişdi.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin həmin ərazidəki istirahət mərkəzindəki mövqelərinə hücum edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB